DAŞINMA ŞƏRTLƏRİ

  1. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə şirkət heç bir məsuliyyət daşımır. Bağlama "Daşıyıcı"nın xarici anbarında təhvil alınana qədər "Daşıyıcı" bağlama üzərində heç bir məsuliyyət daşımır.

  2. Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.

  3. Daşıyıcı, satıcı firma tərəfindən malın xaricdəki anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.

  4. Sifariş olunan bağlamanın anbardan təhvil alınması barədə “Daşıyıcı” tərəfindən sifarişçiyə məlumat verildiyi andan etibarən, bağlama 1 ay ərzində təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.

  5. Sifarişçinin məhsulu “Daşıyıcı”nın xaricdəki anbarında daxil olduqdan sonra sıxlıqdan asılı olaraq, maksimum 48 saat ərzində növbəli qaydada “anbardadır” statusuna keçirilir.

  6. Daşıyıcı sifariş verildikdən sonra, sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s. dəyişikliklər)

  7. Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə Daşıyıcı heç bir məsuliyyət daşımır.

  8. “Sifarişimi al “ xidməti ilə sifariş etdikdə, sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır: 

  1. Məhsul satıcı firmanın balansında tükəndikdə;

  2. Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə;

  3. Satıcı firma tərəfindən sifariş ləğv edildikdə. 

 

  1. Müştəri tərəfindən axtarış üçün sorğu göndərilən bağlamaların araşdırma müddəti 15 gün davam edə bilər.

  2. Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.

  3. Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.

 

Bu qaydalarla tanış olduqdan sonra, Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.