Ən çox verilən suallar

Necə sifariş edə bilərəm?

Türkiyənin istənilən onlayn mağazalarından sifariş edə bilərsiniz. Bunun üçün ilk öncə www.favorex.az saytından qeydiyyatdan keçməlisiniz. Daha sonra, əgər siz məhsulu birbaşa özünüz onlayn mağazadan alırsınızsa, o zaman tələb edilən adres yerində şəxsi kabinetinizdəki "Türkiyə Ünvanım" adresini qeyd etməlisiniz. Əgər məhsulun bizim tərəfdən alınmasını istəyirsinizə, o zaman "Sifarişimi al" düyməsinə daxil olaraq məhsulun linkini, ölçüsünü, sayını və qiymətini qeyd edib ödəniş edirsiniz.

Mən Türkiyə ünvanımı necə əldə edə bilərəm?

Saytımızda qeydiyyatdan keçdikdən sonra şəxsi kabinetinizə daxil olaraq, "Türkiyə ünvanım" bölüməsindən Türkiyədəki anbarımızın ünvanını kopyalayıb, alış-veriş etmək istədiyiniz mağazanın ünvan yerində qeyd edərək sifarişlərinizi Türkiyə anbarımıza yönləndirə bilərsiniz.

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm?

Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifarişimi al" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra "Sifarişimi al" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini və bizim sizin üçün etdiyimiz sifarişdəki +5 faizlik xərcləri əlavə etməklə, yekun məbləği təqdim edəcək. (Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq.

Ölkədaxili kargo nədir?

Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması, həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. Şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür.

Sifarişlərimi necə izləyə bilərəm?

Birbaşa onlayn mağazadan aldığınız məhsul anbarımıza daxil olduqdan sonra saytımızda "BƏYANNAMƏLƏR" bölməsindən izləyə bilərsiniz. "Sifarişimi al" xidməti ilə aldığınız məhsulları isə "sifarişlər" bölməsindən izləyə bilərsiniz.

Hansı hallarda bağlamam gömrükdə saxlanıla bilər?

a)Sifarişlərin son 30 gün ərzində ümumi dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğini keçdikdə; b)Sifariş etdiyiniz məhsulun Gömrük orqanı tərəfindən kommersiya məqsədli olduğu təyin edildikdə; c)Ölkəyə idxalı qadağan olan məhsullar olduqda; d)Smart customs tətbiqində yalnış bəyan etdikdə.

Gömrük limiti (300 USD) nə deməkdir?

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətində dəyəri 300 ABŞ(daşınma haqqı daxil) dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.

Hansı məhsullar gətirilmir ?

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır: - Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika; - Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər; - Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar; - Təzyiq altında olan məhsullar (spreylər, boyalar, hava yastığı, quru şampun və s.); - Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar; - Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar; - Heyvanlar, bitki və toxumlar; - Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat; - Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri; - Pul əskinasları, sikkələr; - Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr; - Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar )

Hansı hallarda bağlamam gömrükdə saxlanıla bilər?

1.Sifarişlərin son 30 gün ərzində ümumi dəyəri 300 (üç yüz) ABŞ dolları məbləğini keçdikdə 2.Sifariş etdiyiniz məhsulun Gömrük orqanı tərəfindən kommersiya məqsədli olduğu təyin edildikdə 3.Ölkəyə idxalı qadağan olan məhsullar olduqda